Language
Facebook

Azeronline BM 1999-cu ilin dekabr ayında Azercell Telekom BM tərəfindən təsis edilmişdır. Şirkət öz fəaliyyətinə ölkə əhalisinə Dial-up xidmətlərinin təqdimatı ilə başlayaraq qısa müddət ərzində ölkənin İnternet bazarına daha geniş çeşidli xidmətlərlə çıxmağa başlamışdır.

Hazırda şirkət ADSL, FTTH və ayrılmış rabitə kanalları ilə yüksəksürətli İnternet şəbəkələrinə qoşulma xidmətlərini təqdim edir. Təqdim edilən İnternet şəbəkəsinin əhatə dairəsi daha da genişlənmiş və hazırda bütün ölkə ərazisini (korporativ və ayrılmış xətt xidmətləri nəzərdə tutulur) əhatə etməkdədir.

Azeronline şirkətinin ADSL xidmətinin əhatə dairəsinə Bakı, Gəncə, Sumqayıt, Xırdalan, Şəki, Lənkəran, Şəmkir və Quba regionları daxildir. 2011-ci ildə şirkət FTTH texnologiyası üzərindən 100 MBps sürətə malik genişzolağlı İnternetə giriş imkanı verən İnternet xidmətini təqdim etdi.

Azeronline şirkətinin planlarında 2012-ci ildə ADSL xidmətinin əhatə dairəsini respublikanın bütün rayonları üzrə genişləndirmək və Bakı şəhəri ərazisində fiber-optik qoşulma xidmətini təqdim etməkdir.

ADSL Online Ödəmə Xidməti
Seçim et
Online Çat Xidməti
Daxil ol
Super sürətli
FİBEROPTİK
İnternet!